Borc Fransanın üstündən Demokl qılıncı kimi asılıb - Fransanın baş naziri


Fransanın dövlət borcu ölkə tarixində rekord həddə çatıb.



Bu barədə Fransanın baş naziri Fransua Bayru məlumat verib.

Bayru Palatanın saytında yayımlanan Milli Assambleyada (parlamentin aşağı palatası) çıxışı zamanı “Borc Fransanın üstündən Demokl qılıncı kimi asılıb. Fransa öz tarixində heç vaxt bu qədər böyük borcu olmamışdı” deyib.

Onun sözlərinə görə, ölkənin hazırkı prezidenti Emmanuel Makronun dövründə borc 12% artıb. Bayru qeyd edib ki, xarici borcun azaldılmasına başlamaq lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu