"Moody's" Fransanın kredit reytinqinin proqnozunu mənfiyə dəyişib
Beynəlxalq kredit dərəcələndirmə təşkilatı "Moody's" Fransanın kredit reytinqi proqnozunun sabitdən mənfiyə dəyişdirildiyini açıqlayıb.
Beynəlxalq kredit reytinq agentliyi "Moody's" tərəfindən verilən açıqlamada ölkənin kredit reytinqinin Aa2 olaraq təsdiqləndiyi bildirilib və proqnozun sabitdən neqativə dəyişdirildiyi ifadə edilib. Reytinqin sabitdən mənfiyə dəyişdirilməsi qərarı Fransa hökumətinin gözlənilən büdcə kəsirləri və borc ödəmə qabiliyyətinin pisləşməsi risklərinin qarşısını alacaq tədbirləri həyata keçirmə ehtimalının daha az olacağı riskininin artdığını əks etdirir.
Açıqlamada daha əvvəl nəzərdə tutulan fiskal pisləşmənin gözləntiləri aşdığı vurğulanıb, siyasi və institusional mühitə görə Fransanın kredit profilinə qarşı risklərin artdığı və büdcə idarəçiliyinin əvvəllər qiymətləndiriləndən daha zəif olduğu qeyd edilib.
Ölkənin borc ödəmə qabiliyyətinin presedentlərlə müqayisədə daha da pisləşdiyi və bu zəifləmənin böyük büdcə kəsirləri və yüksək faiz dərəcələri ilə bağlı olduğu bildirilib.
Mənbə: AA