"Moody's" İsrailin kredit reytinqini aşağı salıb


Beynəlxalq kredit reytinq agentliyi "Moody's" İsrailin kredit reytinqini "A2"dən "Baa1"ə endirib və ölkənin kredit reytinqi proqnozunu mənfi olaraq saxlayıb.



"Moody's"dən verilən açıqlamada İsrailin kredit reytinqinin yenidən nəzərdən keçirildiyi bildirilib.

Açıqlamada İsrailin xarici valyuta və yerli valyutada kredit reytinqinin "A2"dən "Baa1"ə endirildiyi və kredit reytinqinin proqnozunun mənfi olaraq davam etdiyi bildirilib.

Kredit reytinqi agentliyinin açıqlamasında qeyd olunub ki, reytinqin aşağı salınmasının əsas səbəbi geosiyasi riskin xeyli güclənməsi və çox yüksək həddə çatması, həm yaxın, həm də uzunmüddətli perspektivdə İsrailin etibarlılığı üçün ciddi mənfi nəticələrə səbəb olmasıdır.

Bəyanatda Qəzzada atəşkəs ehtimalının azaldığı, geosiyasi risklərlə birlikdə daxili siyasi risklərin artdığı bildirilib.

Açıqlamada İsrail iqtisadiyyatının uzunmüddətli perspektivdə hərbi qarşıdurma səbəbiylə gözlənildiyindən daha da zəifləyəcəyi qiymətləndirilir.

Bəyanatda artan təhlükəsizlik riskləri səbəbindən əvvəlki münaqişələrdə olduğu kimi sürətli və güclü iqtisadi canlanmanın artıq gözlənilmədiyi, ləngimiş və ləng iqtisadi canlanmanın ölkədə dövlət maliyyəsinə daha çox təsir edəcəyinə diqqət çəkilib.

Açıqlamada davam edən mənfi proqnozun "Moody's"in eniş risklərinin davam etdiyinə dair fikirlərini əks etdirdiyi vurğulanıb.

Qeyd edək ki, "Moody's" 2023-cü ilin oktyabrında İsrailin "A1" kredit reytinqini mümkün azaldılması üçün nəzərdən keçirmişdi.

Fevralda ölkənin kredit reytinqini “A1”-dən “A2”yə endirən “Moody's” reytinq proqnozunu mənfiyə dəyişib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu