Günəş balığının tənhalığına karton adamlarla çarə tapılıb
Yaponiyanın Yamaquçi prefekturasının Şimonoseki bölgəsində müvəqqəti olaraq bağlanan akvariumun səlahiyyətliləri tənhalıqdan sağlamlıq problemi yaşadığı deyilən günəş balığına kartondan insan ziyarətçiləri düzəltməklə çarə tapıb.
Yaponiyanın "Mainichi" qəzetində çıxan xəbərə görə, Şimonosekidəki Kaikyokan akvariumunun X sosial media hesabında günəş balığının sağlamlıq vəziyyəti ilə bağlı paylaşım edilib.
Paylaşımda 2024-cü ilin dekabrında akvariumun müvəqqəti olaraq təmirə bağlanmasından sonra günəş balığının bir müddət sağlamlıq problemi yaşadığı bildirilib.
Səlahiyyətlilər əvvəlcə sağlamlıq problemlərinin bir növ parazit və ya həzm problemindən qaynaqlandığını düşünüblər, lakin sonradan belə qənaətə gəliblər ki, günəş balığının təcrid olunması və ziyarətçilərin olmaması problemlərə səbəb ola bilər.
Səlahiyyətlilər balıqlar üçün kartondan insan düzəltməklə bu problemin həllini tapıblar və ziyarətçi görkəmi vermək üçün akvariumun xaricində insan fiqurları yapışdırılmış kartonlar və paltarlar yerləşdiriblər.
Səlahiyyətlilər bir müddət sonra günəş balığının sağlamlıq vəziyyətinin yaxşılaşdığını qeyd edib.