Günəş tutulması ilə əlaqədar Niaqara şəlaləsində fövqəladə vəziyyət elan edilib
Kanadanın Ontario əyalətinin Niaqara bölgəsində Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verən tutulma ilə bağlı gözlənilən 1 milyona yaxın ziyarətçi səbəbilə "fövqəladə vəziyyət" elan edilib.
Bölgə rəsmiləri aprelin 8-də Niaqara şəlaləsinin tam Günəş tutulmasını görmək üçün ən yaxşı yerlərdən biri olaraq təyin olunmasından sonra bölgəyə gözlənilən təxminən 1 milyon ziyarətçi üçün hazırlıqlara başlanıldığını açıqlayıblar.
Səlahiyyətlilər nəqliyyat sıxlığı, ilk yardım xidmətlərinə artan ehtiyac və cib telefonu şəbəkələrində həddindən artıq yüklənmə kimi vəziyyətlərə hazırlıq görüləcəyini bildirərək, bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıblar.
Bələdiyyə sədri Cim Diodati bildirib ki, şəhərin bir günlük ziyarətçi sayı rekord həddə çatacaq.
Aprelin 8-də baş verəcək tam Günəş tutulmasını Meksikadan, ABŞ-ın şərqindən və Kanadanın cənub-şərqindən müşahidə etmək olar.
Niaqara bölgəsində müşahidə edilən sonuncu Günəş tutulması 1979-cu ildə olub.