Kaliforniya ABŞ-dan ayrılır?


ABŞ prezidenti Donald Trampın 5 noyabr 2024-cü il seçkilərində qalib gəlməsindən sonra Kaliforniya ştatının müstəqilliyini tələb edən “Calexit” petisiyası yenidən gündəmə gəlib.



Noyabrın 5-də keçirilən prezident seçkilərində Demokratlar Partiyasının qalib gəldiyi Kaliforniyada ştat sakinlərinə ABŞ-dan ayrılmaq üçün səs verə biləcək təşəbbüs elan edilib.

Ştatın təcrübələrinə uyğun olaraq, rəsmi internet saytında dərc edilən kampaniya bəyanatında "ABŞ-dan ayrılma" təklifinin sahibi Marcus Ruiz Evans,məsələnin noyabrda səsvermə bülleteninə daxil edilməsi üçün 2028 seçkilərində qeydə alınmış seçicilərin 5 faizi ya da ən az 546.651 adamın imza toplaması lazım olduğu ifadə edilib.

Açıqlamaya görə, təklif verən Evansın iyulun 22-dək topladığı imzaları mahal seçki rəsmilərinə təqdim etməlidir.

“Kaliforniya ABŞ-dan ayrılıb müstəqil dövlət olmalıdır” təklifi zaman-zaman gündəmə gəlib.

Donald Trampın 2016-cı il seçkilərindəki qələbəsindən sonra sosial mediada “Calexit” kampaniyası başladılıb və kampaniya sahiblərinin dediyinə görə, təxminən 220 min insanı cəlb edib.

Kampaniyaçı Evans adı Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq planı olan Brexit-dən ilhamlanan “Calexit” üçün imza topladığı vebsaytında kampaniyanın başlanğıc nöqtəsini və prosesini ətraflı izah edib.

Saytdakı bəyanatda deyilir ki, "Calexit" təşəbbüsü Kaliforniyada cəmiyyətin özünü idarə etdiyi gələcəyi təmin etmək məqsədi daşıyır:

"Biz Calexit-də bir missiyada birləşmişik: Kaliforniyanı yalnız Kaliforniya əhalisi tərəfindən idarə olunan azad, müstəqil və firavan bir ölkə etmək. Kaliforniyanı müstəqil et!.

Müraciətə ABŞ Konstitusiyasına ştatlara ayrılmaq hüququ verməyən düzəlişlər tələbi də daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu