ABŞ qoşunları Meksika sərhədinə gəlməyə başladı

ABŞ əsgərləri təhlükəsizliyi təmin etmək üçün ABŞ-Meksika sərhədinə gəlməyə başlayıb.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Associated Press (AP) məlumat yayıb.
“Fəal hərbi birləşmələr El Paso, Texas və San Dieqoya gəlməyə başlayıb. Bu, cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün yerləşdiriləcək qüvvələrin ilk hissəsidir”, - deyə agentlik Pentaqondakı mənbələrə istinadən yazır.
Qeyd olunur ki, gələcəkdə cəlb olunacaq hərbçilərin dəqiq sayı hələlik məlum deyil, lakin onların tərkibində fəal hərbçilər, Milli Qvardiya və ehtiyatda olan hərbçilər, eləcə də quru, hava və dəniz qüvvələri olacaq. Onların ümumi sayının minlərlə ola biləcəyi təxmin edilir.