Tramp 19 yaşdan kiçiklər üçün cinsiyyətin dəyişdirilməsini maliyyələşdirməni dayandırdı
ABŞ prezidenti Donald Tramp 19 yaşına çatmamış şəxslərin cinsiyyətinin dəyişdirilməsi əməliyyatları üçün federal maliyyələşdirməni dayandıran sərəncam imzalayıb.
Ağ Evdən verilən açıqlamada Trampın “Uşaqların kimyəvi və cərrahi zədələrdən qorunması” adlı icra sərəncamını imzaladığı açıqlanıb.
Sərəncamda “ölkə boyu tibb mütəxəssisləri bir sıra geri dönməz tibbi müdaxilələr vasitəsilə uşağın cinsinin dəyişdirilə biləcəyinə dair radikal və yanlış təsəvvürlə getdikcə daha çox uşaqları şikəst edir və sterilizasiya edir” deyilir.
Sərəncamda bu tendensiyanın Amerika millətinin tarixində ləkə olaraq qalacağı və buna son qoyulmalı olduğu bildirilib.
“Müvafiq olaraq, uşağın bir cinsdən digərinə keçidini maliyyələşdirməmək, dəstəkləməmək, təşviq etməmək və ya kömək etməmək və bu dağıdıcı və həyatı dəyişdirən qanunları qadağan edən və ya məhdudlaşdıran bütün qanunları ciddi şəkildə tətbiq etmək prosedurları Birləşmiş Ştatların siyasətidir”, - sərəncamda deyilir.
Bununla da 19 yaşından kiçik hər kəsi təsvir etmək üçün "uşaq" ifadəsini istifadə edən sərəncam cinsiyyət dəyişdirmə əməliyyatı üçün federal maliyyəni dayandırıb.