ABŞ Kubanı yenidən terrorizmi dəstəkləyən ölkələr siyahısına əlavə edib
ABŞ prezidenti Donald Tramp Co Bayden administrasiyasının imzaladığı fərmanı ləğv edərək Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısına əlavə edib.
ABŞ prezidenti Tramp vəzifəyə gəldiyi ilk gündə bir çox sərəncam imzalayıb.
Ağ Evdən verilən açıqlamada Trampın imzaladığı icra sərəncamlarından birində Bayden administrasiyası dövründə imzalanmış 78 icra sərəncamının və fərmanın ləğvinin nəzərdə tutulduğu bildirilib.
Açıqlamada Trampın Bayden administrasiyası dövründə imzaladığı fərmanı ləğv etdiyi və Kubanı yenidən terrora dəstək verən ölkələr siyahısına əlavə etdiyi bildirilib.
Bunun üzərinə Kuba prezidenti Migel Diaz-Kanel X hesabında etdiyi paylaşımla Trampın qərarına reaksiya verib.
Kanel bu hərəkəti sui-istifadə kimi qiymətləndirib.