Şimali Koreya Rusiyaya əlavə hərbçi göndərməyə hazırlaşır

Şimali Koreya lideri Kim Çen In bir neçə min əsgərini itirdikdən sonra Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya əlavə qoşun göndərmək qərarına gəlib.
"Yonhap" agentliyi xəbər verir ki, 11 min nəfərdən ibarət birinci qrupun yerləşdirilməsindən təxminən dörd aya yaxın vaxt keçib. Bu müddət ərzində onun sıraları üçdə bir azalıb. Bir neçə əsgər də əsir götürülüb.
"Buna baxmayaraq, KXDR prezident Vladimir Putinin ordusuna kömək üçün əlavə qüvvələr göndərmək üçün hazırlıqları gücləndirib" - deyə məlumatda bildirilir.