Yaponiyada çökən yolda yük maşınının sürücüsünün xilasetmə işləri davam edir


Yaponiyanın paytaxtı Tokionun şimal-qərbindəki kəsişmədə yolun çökməsi nəticəsində yaranan çuxura düşən yük maşınının sürücüsünün xilasetmə işləri davam edir.



NHK dövlət televiziyasının məlumatına görə, dünən Saitama prefekturasının İaşio rayonunda kəsişmədə yolun çökməsi nəticəsində 8 metr uzunluğundakı yük maşını dərin çuxura düşüb.

Yerli vaxtla saat 09:40 radələrində baş verən qəzadan sonra hadisə yerinə xilasedici briqadaları göndərilib. Təxminən 10 metr eni və 6 metr dərinliyində olan çuxura enən xilasedicilər yeni çökmələr səbəbindən yük maşınının qapısını açmaq cəhdində uğursuzluğa düçar olublar.

Xilasetmə işləri zamanı iki xilasedici yaralanıb. Sürücü və xilasedicilərin yerin altında qalma təhlükəsi səbəbindən xilasetmə işləri dünən müvəqqəti olaraq dayandırılıb.

Bildirilib ki, çuxura yığılan kanalizasiya suları işlərin aparılmasına mane olub və sürücünün oturacağı yer olan hissə qum qalağının altında qalıb.

Hadisə yerinə cəlb edilən kranlar vasitəsilə yük maşınının yük yatağı bu gün səhər saatlarında çuxurdan çıxarıla bilib.

Xilasetmə işləri təxminən 36 saatdır davam edir və 70 yaşlarında olan sürücünün taleyi naməlum olaraq qalır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu