Karakasda təyyarə qəzasında 3 nəfər ölüb


Venesuelanın paytaxtı Karakasın El Volkan bölgəsində qəzaya uğrayan təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.



Venesuela Daxili İşlər və Ədliyyə Nazirliyinə aid olduğu bildirilən təyyarənin Santyaqo Marino Hava Limanına getmək üçün La Karlota hərbi hava bazasından yola düşdüyü, lakin hələ məlum olmayan səbəbdən El Volkan bölgəsində qəzaya uğradığı açıqlanıb.

Qəzada təyyarədə olan 3 ekipaj üzvü həyatını itirib, hadisə ilə bağlı araşdırma başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu