Yaralı və xəstə fələstinlilərin ilk qrupu Misirə təxliyə ediləcək


Yaralı və xəstə qəzzalıların ilk qrupu Rəfah keçidi vasitəsilə fevralın 1-də Misirə aparılacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentin Telegram kanalında yayımladığı bəyanatda deyilir: "Birinci qrup yaralı və xəstə şənbə günü, fevralın 1-də Qəzzadan Rəfah keçidi vasitəsilə təxliyə ediləcək".

Qeyd edək ki, Rəfah keçid qapısı 2024-cü ilin mayından faktiki olaraq fəaliyyətini dayandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu