Fransa birdəfəlik elektron siqaretlərin satışını qadağan etməyə hazırlaşır


Fransa Milli Məclisinin Baş Assambleyasında birdəfəlik elektron siqaretlərin satışını qadağan edən qanun layihəsi müzakirəyə çıxarılıb.



Baş Assambleyada 163 deputatın dəstəyini alan qanun layihəsi yekdilliklə qəbul edilib.

Qanun layihəsi birdəfəlik elektron siqaretlərin, xüsusən də gənclərin istifadə etdiyi siqaretlərin istehsalı, satışı və paylanmasını qadağan etmək məqsədi daşıyır. Qadağa həmçinin sözügedən siqaretlərin pulsuz paylanmasını da əhatə edir.

Qadağaları pozanlar 100 min avro, qayda pozuntusu təkrarlanarsa, cərimə 200 min avroya qədər artırılacaq.

Qadağanın qüvvəyə minməsi üçün qanunun parlamentin yuxarı palatası olan Senat tərəfindən təsdiqlənməlidir.

Tütünlə Mübarizə Birliyinin məlumatlarına görə, ölkədə 13-16 yaş arası gənclərin 18 faizi əvvəllər birdəfəlik elektron siqaretdən istifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu