Yaponiyanın şimalında rekord miqdarda qar yağıb


Yaponiyanın şimalındakı Hokkaydoda bütün zamanların ən yüksək qarı yağıb.



NHK ictimai yayımının Yaponiya Meteorologiya Agentliyinə (JMA) istinadən verdiyi xəbərə görə, son 12 saatda yağan qarın miqdarı Hokkaydo bölgəsindəki Obihiro şəhərində 120, Honbetsu şəhərində isə 85 santimetrə çatıb.

Səlahiyyətlilər hər iki şəhərə yağan qar miqdarının bütün zamanların ən yüksək həddə çatdığını açıqlayıb.

Qarın yağması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib, vətəndaşlara tufan və çovğunla bağlı xəbərdarlıq edilib.

Hokkaydo bölgəsində nəqliyyatın hərəkəti dayanıb, bölgənin Obihiro və Vakkanai hava limanlarında da bütün uçuşlar ləğv edilib.

Səlahiyyətlilər bölgədə elektrik enerjisinin kəsilməsinin də mümkün olduğunu qeyd edib.

Bölgədə soyuq hava şəraitinin davam edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu