Aİ Trampın ICC-yə sanksiya tətbiq etmək qərarına reaksiya verib
![](/uploads/posts/2025-02/uluslararasi-ceza-mahkemesi-aa-1556238_1.jpg)
Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) müstəqilliyini və qərəzsizliyini vurğulayaraq, sanksiyaların tətbiqinin bütövlükdə beynəlxalq ədalət sistemini zəiflədəcəyini bildirib.
Kosta bu barədə Brüsseldə ICC prezidenti Tomoko Akane ilə görüşündən sonra sosial media hesabında açıqlama verib.
BCM-nin dünyanın ən dəhşətli cinayətlərinin qurbanlarına ədalətin çatdırılmasında mühüm rol oynadığını ifadə edən Kosta "Müstəqillik və tərəfsizlik Məhkəmənin işinin mühüm xüsusiyyətləridir" deyib.
Aİ-nin cəzasızlığa son qoymaq və beynəlxalq hüququn bütün pozuntularına görə cavabdehliyi təmin etmək əzmində olduğunu vurğulayan Kosta "ICC-yə qarşı sanksiyaların tətbiqi məhkəmənin müstəqilliyini təhdid edəcək və bütövlükdə beynəlxalq cinayət ədalət sistemini zəiflədəcək" qeyd edib.