Aİ Dəməşqdəki diplomatik mövcudluğunu artıracaq


Avropa İttifaqı Suriyadakı diplomatik mövcudluğunu artırmağa hazırlaşır.



Bu barədə AB Şurasının sədri Antonio Kosta Brüsseldə keçirilən sammitdə açıqlama verib.

Sammitdə müzakirə edilən məsələlərdən birinin Suriyada Baas rejiminin süqutundan sonra baş verən hadisələr olduğunu ifadə edən Kosta, əsas prinsiplər və hədəflər üzərində razılaşdıqlarını vurğulayıb. O dinc və əhatəli bir keçidin təmin edilməsinə, müdafiə ərazi bütövlüyünə, insan haqlarına, o cümlədən qadın hüquqlarına hörmətlə yanaşılmağı, dini və etnik azlıqlara hörmətin təmin edilməsini və qorumasını istədiklərini bildirib.

Kosta AB-nin sahədəki aktorlarla, yeni rəhbərliklə və bölgə ölkələri ilə təmasda olduğunu ifadə edərək, AB-nin Dəməşqdəki diplomatik varlığını artıracağını deyib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) liderlərinin Brüsseldə keçirilən sammiti başa çatıb. Sammitin yekun bəyannaməsində Əsəd rejiminin süqutunun ölkəni yenidən birləşdirmək üçün tarixi fürsət olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu