10 nəfərin olduğu təyyarə Alyaska səmasında yoxa çıxıb
![](/uploads/posts/2025-02/kucuk-ucak-2329743_1.jpg)
Alyaskada göyərtəsində 10 nəfərin olduğu "Bering Air" şirkətinə məxsus təyyarə müəmmalı şəkildə yoxa çıxıb. Təyyarədə doqquz sərnişin və bir pilot olub.
Axtarışlar davam etdiyi üçün Nome Könüllü Yanğınsöndürmə İdarəsi hadisəni təsdiqləyən açıqlama yayıb.
"Hazırda Nome və Ağ Dağdan quruda axtarış aparırıq. Hava şəraiti və görmə qabiliyyəti ilə əlaqədar olaraq havadan axtarışlar məhduddur. Milli Qvardiya, Sahil Mühafizəsi və Polis Departamentləri axtarış işlərinə qoşulub", - məlumatda deyilir.
Təyyarənin itməsi ilə bağlı narahatlıqlar fonunda yerli hakimiyyət orqanları əhalini ekstremal hava şəraiti ilə əlaqədar fərdi axtarış qrupları yaratmaqdan çəkinməyə çağırıb.
“İctimaiyyətdən xahiş edirik ki, insanların itkin düşməsindən narahat olduqları bir vaxtda təhlükəsizlik və hava şəraitini nəzərə alaraq fərdi axtarış qrupları yaratmasınlar”.
Həmçinin ailələrə dəstək üçün Norton Sound Health Corporation ilə əlaqə saxlamaları təklif edilib.