Zibilxanaya atılmış 600 milyon funt-sterlinqliq "Bitcoin" üçün yeni plan


Uelsdəki bir bələdiyyə zibilxanasına təsadüfən atıldıqdan sonra təxminən 600 milyon funt sterlinq dəyərində olduğu təxmin edilən "Bitcoin" sərvətini bərpa etmək üçün on ildir mübarizə aparan Ceyms Hovils son çarə olaraq zibilxananı satın almağı düşünür.



Hovils keçən ay Böyük Britaniyanın Ali Məhkəməsində Nyuport Şurasına qarşı iddiasını uduzub, poliqonda axtarış hüququnu qazana bilməyib. Lakin bələdiyyənin zibilxananı bağlamaq qərarı prosesə yeni rəng qatıb.

39 yaşlı Hovils bələdiyyənin zibilxananı bağlamaq qərarının onun üçün böyük sürpriz olduğunu söyləyib. Şəhər rəsmilərinin Ali Məhkəmədə zibilxananın bağlanmasının Nyuport əhalisinə böyük ziyan vuracağını müdafiə etdiyini xatırladan Hovils "İndi də axtarış aparmağa icazə vermədən onu bağlamağa hazırlaşırlar" deyib.

Şura ərazinin bir hissəsini günəş elektrik stansiyasına çevirmək üçün lazımi planlaşdırma icazələrini alıb. Bu, itirilmiş "Bitcoin"ləri tapmaq imkanını daha da çətinləşdirir.

Bələdiyyə rəsmiləri məsələ ilə bağlı yeni açıqlama verməsələr də, Hovils sərmayəçilərlə poliqonun satın alınması imkanlarını müzakirə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu