KİV: İsveçrə XİN ilk dəfə Ukraynada vətəndaşının öldüyünü təsdiqləyib
![](/uploads/posts/2025-02/isvecre.jpg)
İsveçrə Xarici İşlər Nazirliyi ilk dəfə olaraq Ukraynada Ukrayna Silahlı Qüvvələrinin (UAF) tərəfində döyüşən əcnəbilər arasında İsveçrə vətəndaşının öldüyünü təsdiqləyib.
Bu barədə İsveçrə Radio və Televiziyasının (SRF) portalı məlumat yayıb.
Bildirilir ki, 2025-ci ilin əvvəlində Ukrayna Silahlı Qüvvələri konfederasiyanın Kiyevdəki səfirliyinə İsveçrə vətəndaşının döyüşdə həlak olması barədə məlumat verib. Onun ölüm şəraiti, bölüyü və dislokasiya olunduğu ərazi barədə məlumat verilmir. Qeyd olunur ki, ölkənin Xarici İşlər Nazirliyi mərhumun yaxınları ilə əlaqə saxlayır. İsveçrə hərbi ədliyyəsi SRF-ə hadisədən xəbərsiz olduqlarını bildirib.