Avstraliya beş Rusiya vətəndaşına sanksiya tətbiq edib


Avstraliya Rusiyanın beş fiziki və bir qurumuna qarşı sanksiya tətbiq edib.


AFN.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Xarici işlər naziri Penni Vonqun qərarı ilə məqsədyönlü iqtisadi və maliyyə məhdudiyyətləri 2022-ci ilin oktyabrında "Medibank" tibbi sığorta şirkətinin məlumat bazalarına haker hücumunda iştirak etmiş ruslara qarşı yönəlib. “Hökumət “Medibank”dan oğurlanmış məlumatların saxlanmasını və yayılmasını təmin edən Rusiyanın “ZServers” şirkətinə və beş rusiyalı hakerə qarşı sanksiyalar tətbiq edir”, - deyə nazir bildirib.

Avstraliya Daxili İşlər Nazirliyinin məlumatına görə, “ZServers”in sahibi Aleksandr Bolşakov və şirkətin əməkdaşları Dmitri Bolşakov, Aleksandr Mişin, İqor Odintsov və İlya Sidorov “qara siyahı”ya salınıb. Bu Rusiya vətəndaşlarının ölkəyə girişi qadağandır və onlara məxsus aktivlərlə hər hansı əməliyyatlar cinayət məsuliyyətinə cəlb olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu