Avstraliyada Rusiya vətəndaşına sanksiya tətbiq edilib


Avstraliyada ölkənin ən böyük tibbi sığorta şirkətindən məlumatların oğurlanmasına görə məsuliyyət daşıyan Rusiya vətəndaşı sanksiya siyahısına salınıb.


ABC telekanalının məlumatına görə, Avstraliya Daxili İşlər Nazirliyi 2022-ci ilin sonunda Avstraliyadakı “Medibank” sığorta şirkətinin 9,7 milyon insanını əhatə edən məlumatların oğurlanmasına görə Aleksandr Yermakov adlı Rusiya vətəndaşının məsuliyyət daşıdığını və sanksiyaların tətbiq olunacağını açıqlayıb.

Rusiyanın “REvil” adlı haker qrupunun üzvü olduğu bildirilən Yermakovun Avropa, ABŞ və İngiltərədə bir çox məlumat sızmasında əli olduğu bildirilir.

Daxili işlər naziri Clare O'Neil mövzu ilə bağlı verdiyi açıqlamada, "Medibank"ın sındırılması ölkə olaraq yaşadığımız ən dağıdıcı haker hadisəsi idi" - deyə bildirib.

Avstraliyanın ən böyük tibbi sığorta şirkəti "Medibank" cinayətkarların təxminən 10 milyon insanın oğurlanmış məlumatları üçün 9,5 milyon dollar fidyə tələb etdiyini iddia edib. Şirkət məlumatı geri almaq üçün fidyə ödəməyəcəyini açıqlayıb.

İİV, alkoqol və narkomaniyadan müalicə olunan və abort etdirən minlərlə xəstənin məlumatlarını oğurlayan hakerlər 9 noyabr 2022-ci il tarixindən etibarən bu insanların müalicə məlumatlarını gizlin internet səhifələrinə yükləyiblər.

"Medibank"ın baş direktoru David Koczkar da məlumatı oğurlanan müştərilərinə dəstək təklif etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu