Tripolidə nazirə sui-qəsd cəhdi olub
![](/uploads/posts/2025-02/liviya.webp)
Tripolidə naməlum silahlı qrup Liviyanın Nazirlər Kabineti İşləri üzrə dövlət naziri Adel Cumanın avtomobilinə atəş açıb.
Hadisə nazirin avtomobili yolda hərəkətdə olarkən baş verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, nazir sui-qəsd cəhdindən sağ çıxıb. Hadisə ilə bağlı hökumət bəyanat yayıb.
Tripolidə yerləşən Milli Birlik Hökuməti (GNU) hücumu kəskin şəkildə pisləyib. Açıqlamada Cumanın səhhətinin stabil olduğu və təhlükəsizlik orqanlarının hadisənin şərtlərini ortaya çıxarmaq və günahkarların izinə düşmək üçün araşdırmalara başladığı bildirilib.