FTB Trampın güllələnməsini sui-qəsd cəhdi və daxili terror aktı kimi araşdıracaq


ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı silahlı hücumu sui-qəsd cəhdi və daxili terror aktı kimi araşdıracağını açıqlayıb.



FTB Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı jurnalistlərə açıqlama verib.

Açıqlamada FTB-nin mitinqdəki silahlı hücumu sui-qəsd cəhdi və daxili terror aktı kimi araşdıracağı açıqlanıb.

Mitinq zamanı sui-qəsd cəhdi etdiyi bildirilən və hadisə yerində öldürülən şübhəli Tomas Metyu Kruksun daha əvvəl FTB tərəfindən təqib edilmədiyi ifadə edilərək, şübhəlinin təkbaşına hərəkət etdiyi düşünüldüyü vurğulanıb.

Qrupların hücum yerində araşdırmalara davam etdiyi, şübhəlinin sosial media hesablarının da ipuçlarını tapmaq üçün yoxlanıldığı bildirilib.

Kruksun hücumda istifadə etdiyi silahı qanuni yolla aldığını təsdiqləyən açıqlamada şübhəlinin ailəsinin FTB ilə əməkdaşlıq etdiyi vurğulanıb.

ABŞ-ın baş prokuroru Merrik Qarland da məsələ ilə bağlı açıqlama verərək, şiddətə dözülməyəcəyini ifadə edərək, "Buna son qoyulmalıdır" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu