Yaponiyada özəl şirkətlərin iflası sürətlənir
![](/uploads/posts/2025-02/92615ccb8f_yaponiya-bayragi.jpg)
Yaponiyada iflas edən özəl şirkətlərin sayı yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 faiz artıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tokio Ticarət və Sənaye Palatasının araşdırma bölməsi 810 firmanın müflis firmalar siyahısında olduğunu, onlardan hər birinin borcunun 10 milyon yendən (20 min dollardan çox) çox olduğunu açıqlayıb.
İflas statistikası 2014-cü ildən bəri ən yüksək həddə çatıb. Qeyd olunur ki, bunun əsas səbəbi işçi qüvvəsi çatışmazlığı və müvafiq olaraq kadr xərclərinin kəskin artmasıdır. Yaponiyada bir neçə onilliklər ərzində faktiki olaraq dəyişməz qalan qiymət artımı da vəziyyətə öz təsirini göstərir. 2024-cü ildə bu rəqəm əvvəlki ilin səviyyəsi ilə müqayisədə 2,5% artıb.
İflas etmiş şirkətlərin ümumi borcu 121,4 milyard yen (təxminən 800 milyon dollar) təşkil edib. Bu, bir il əvvəl qeydə alınan göstərici ilə müqayisədə 53,4% çox deməkdir.