Almaniyada şirkətlərin iflası 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb


Almaniyanın Halle İqtisadi Araşdırmalar İnstitutu (IWH) ölkədə müflisləşən şirkətlərin sayının 2024-cü ilin son rübündə 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatacağını bildirib.



IWH 2024-cü ilin dekabr ayı üçün ölkədə korporativ iflas haqqında hesabatını açıqlayıb. Buna görə Almaniyada şirkət və şəriklərin iflas müraciətləri dekabr ayında bir əvvəlki ilin eyni ayına görə 24 faiz artaraq 1340-a çatdı.

IWH-nin açıqlamasında Almaniyada dekabr ayında iflasların sayının 2016-2019-cu illər arasında (COVID-19 pandemiyasından əvvəl) orta dekabr göstəricisi ilə müqayisədə 54 faiz çox olduğu bildirilib.

“2024-cü ilin dördüncü rübündə 15 il əvvəl maliyyə böhranından sonra ən çox korporativ iflas qeydə alınıb”, - deyə məlumatda bildirilir.

2024-cü ilin dördüncü rübündə 4215 şirkət iflas edərək, təxminən 38 min iş yeri bağlanıb. 2023-cü ilin dördüncü rübü ilə müqayisədə ötən ilin sonunda iflasların sayı 36 faiz artıb.

Mövzu ilə bağlı qiymətləndirməsində IWH İflas Araşdırmasının rəhbəri Steffen Müller iflasların çoxluğunu cari iqtisadi problemlər və artan enerji və işçilərin əmək haqqı xərcləri ilə əlaqələndirib.

Almaniya iqtisadiyyatı, xüsusən də regionun digər ölkələrinə nisbətən daha böyük rol oynayan istehsal sektorunda davamlı zəiflik səbəbindən kövrək olaraq qalır.

Ötən ilin ikinci rübündə 0,3 faiz kiçilən ölkə iqtisadiyyatı üçüncü rübdə 0,2 faiz artaraq texniki tənəzzülün qarşısını alıb.

Avropa Mərkəzi Bankının yüksək inflyasiyadan sonra pul siyasətini sərtləşdirməsi alman şirkətlərinin maliyyə xərclərini də artırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu