Avrozona iqtisadiyyatı ikinci rübdə 0,3 faiz artıb


Avrozona iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb.



Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonada ikinci rüb üçün Ümumi Daxili Məhsul (ÜDM) və məşğulluq üzrə aparıcı məlumatları dərc edib.

Məlumatlara görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2024-cü ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,3 faiz artıb. Avrozonada ÜDM ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb.

Bazar gözləntiləri Avrozonada ÜDM-in rüblük olaraq 0,3 faiz, illik bazda isə 0,6 faiz artacağı idi. Elan edilmiş məlumatların bazar gözləntiləri ilə eyni səviyyədə gəlməsi diqqət çəkib.

Aİ-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM ilin ikinci rübündə rüblük bazda 0,3 faiz, illik bazda isə 0,8 faiz artıb.

Almaniyada ÜDM əvvəlki rüblə müqayisədə ikinci rübdə 0,1 faiz azaldığı halda, Fransada 0,3 faiz, İtaliyada 0,2 faiz, İspaniyada 0,8 faiz artıb.

Almaniyada ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə ikinci rübdə 0,1 faiz azalarkən, Fransada 1,1 faiz, İtaliyada 0,9 faiz, İspaniyada isə 2,9 faiz artıb.

Avrozonada məşğulluq ikinci rübdə birinci rüblə müqayisədə 0,2 faiz, keçən ilin ikinci rübü ilə müqayisədə isə 0,8 faiz artıb.

Aİ-də məşğulluq ikinci rübdə əvvəlki rüblə müqayisədə 0,2 faiz, keçən ilin eyni rübünə görə isə 0,7 faiz artıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu