Rusiyanın PUA-sı Çernobıl Atom Elektrik Stansiyasına hücum edib


Ukrayna prezidenti Zelenski sosial media hesabında Rusiyanın Çernobıl Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini və stansiyanın dağıdılmış 4-cü reaktorunu qoruyan strukturun zədələndiyini açıqlayıb.



İlkin qiymətləndirmələrə görə, zərərin ciddi olduğu bildirilən açıqlamada hücumdan sonra binaya ziyan dəydiyi, lakin yanğının söndürüldüyü və radiasiya səviyyəsində artımın müşahidə edilmədiyi vurğulanıb.

Bəyanatda Rusiyanın nüvə obyektlərini hədəf alan hücumlarının qlobal təhlükəsizliyi təhdid etdiyi bildirilib.

Qeyd edək ki, 1986-cı ildə Çernobılda baş verən nüvə fəlakətində 31 nəfər həlak olub. Fəlakət birbaşa və ya dolayısı ilə 200 min insanın ölümünə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu