Əsirlikdən azad edilən fələstinlilər Qırmızı Xaç qruplarına təhvil verilib

HƏMAS və İsrail arasında əsir mübadiləsinin altıncı turunda İsrail həbsxanalarında saxlanılan 369 fələstinli məhbus girovların əvəzində azad edilib.
Ofer Hərbi Həbsxanası və İsrailin cənubundakı Ketziot həbsxanasından fələstinli məhbuslar azad edilərək Qırmızı Xaç qruplarına təhvil verilib.
Ofer Hərbi Həbsxanasını tərk edən Qırmızı Xaç karvanı İordan çayının qərb sahilinin Ramallah şəhərinə çatıb.
Fələstinlilər azad edilən məhbusları qarşılamaq üçün işğal olunmuş İordan çayının qərb sahilinin Ramallah şəhərində toplaşıb.
Əvvəlki məhbus mübadiləsi raundlarında olduğu kimi, İsrail ordusu İordan çayının qərb sahilindəki Beytuniya kurortuna yenidən reyd keçirib.
Qırmızı Xaç karvanı Beytunya şəhərindən keçərək Ramallaha çatıb.
Məhbus mübadiləsinin altıncı raundunda HƏmas Qəzzada biri ABŞ-İsrail və biri Rusiya-İsrail ikili vətəndaşı olan üç kişi israilli əsiri azad edib və bunun müqabilində isə İsrail 369 fələstinli əsiri azad edib.
Sözügedən 369 fələstinli məhbusdan 36-sı ömürlük həbsə məhkum edilən, 333-ü isə 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzza zolağında saxlanılanlar olub.