İlon Maskın Kanada vətəndaşlığını ləğvi üçün imza kampaniyası başladılıb

Kanadada ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Maskın ölkənin milli maraqlarına zidd fəaliyyətdə olduğu əsası ilə vətəndaşlığından məhrum edilməsi üçün petisiya başlayıb.
Minlərlə kanadalı müəllif Qualia Ridin başlatdığı və Yeni Demokratik Partiyasının (NDP) deputatı Çarli Anqusun dəstəklədiyi petisiyanı imzalayıb.
Maskın “Kanadanın milli maraqlarına zidd fəaliyyətlərdə” olduğunu iddia edən petisiyada Baş nazir Castin Trüdoya Cənubi Afrika əsilli Maskın ikili vətəndaşlığını ləğv etməsi və anası vasitəsilə ona məxsus olan Kanada vətəndaşlığından məhrum edilməsi çağırışı edilib.
Müraciətdə iddia edilir ki, iş adamı Mask sərvətindən və gücündən Kanada seçkilərinə təsir etmək üçün istifadə edib və Kanadanın suverenliyini silməyə çalışan xarici hökumətin üzvüdür.
50 mindən çox insanın imzaladığı petisiya iyunun 20-də İcmalar Palatasına təqdim olunacaq.