Maskdan dövlət işçilərinə maraqlı mesaj: Keçən həftə nə etdiniz?

ABŞ-da prezident Donald Tramp administrasiyası federal hökumətdə tənzimləmələr etməyə davam edir.
Belə ki, ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edən milyarder iş adamı İlon Mask federal hökumət işçilərinə "Keçən həftə nə etdiniz?" yazılı e-poçtlar göndərib. Mask bəyan edib ki, federal hökumət işçiləri işləri barədə hesabat verməsələr, istefa vermiş hesab olunacaqlar.
Personel İdarəetmə Ofisinə aid insan qaynaqları ünvanından göndərilən mesajda işçilərə sabah yerli vaxtla 23:59-a qədər cavab vermələri vaxtı verilib.
"Bütün federal işçilər qısa müddət ərzində onlardan keçən həftə etdiklərini izah etmələrini xahiş edən e-poçt alacaqlar. Cavab verməmək istefa kimi qiymətləndiriləcək", - Mask sosial mediada bildirib.