“2024 YR4” asteroidinin Yerlə toqquşması ehtimalı azalıb

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "2024 YR4" adlı asteroidin 2032-ci ilə qədər yerlə toqquşma ehtimalının 3,1 faizdən 0,004 faizə düşdüyünü açıqlayıb.
Fevralın 19-da NASA-nın internet saytında 7 il ərzində yerlə toqquşma şansının 3,1 faiz olduğu bildirilən asteroidlə bağlı açıqlama verilib.
Açıqlamada asteroidin yerlə toqquşma ehtimalının 0,004 faizə düşdüyü bildirilib.
Son müşahidələrin asteroidin gələcək orbiti ilə bağlı qeyri-müəyyənliyi daha da azaltdığı və yerin hazırda "2024 YR4"ün 2032-ci ildə vuracağı ehtimal olunan yerlər siyahısında daha aşağı olduğu bildirilib.
Digər tərəfdən, asteroidin aya dəymə ehtimalının 1,7 faiz olduğu bildirilirib.