Oğurlanmış bank kartı ilə lotereya bileti alan oğrular cekpot qazandılar

Fransada oğrular oğurlanmış bank kartı ilə aldıqları lotereya biletindən 500 min avroluq cekpot qazanıblar. Kart sahibi uduşları bölüşsələr, şikayətini geri götürəcəyini bildirib.
Fransanın Tuluza şəhərində oğurlanmış kredit kartı ilə alınan lotereya bileti 500.000 avroluq baş mükafata layiq görülüb. Lakin uduşlu bilet hələ də çatdırılmayıb.
Polis sənədlərində Jean-David E. kimi tanınan oğurluq qurbanı bank kartının bu ayın əvvəlində avtomobilindən oğurlanmış kürək çantasının içində olduğunu görüb. Kartını ləğv etmək istəyən Jean-David kartından yerli mağazada istifadə edildiyini öyrənib.
Mağaza qeydlərinə görə, iki evsiz kişi oğurlanmış kartlarla lotereya bileti alıb və cekpot qazanıb. Onların vəkili Piyer Debuisson "Onlar o qədər xoşbəxt idilər ki, siqaretlərini və əşyalarını unudaraq dükandan çılğınlıqla çıxdılar" deyib.
Jan-David oğurluğa görə şikayət edib, lakin oğruların üzə çıxacağı təqdirdə şikayətini geri götürməyə və pulu bölməyə hazır olduğunu bildirib.
Onun vəkili Debuisson cümə axşamı oğruların onunla əlaqə saxlamalarını xahiş edən ölkə daxilində müraciət yayıb. Debuisson oğrulara müraciət edərək, "Zaman bizim əleyhimizədir. Sizin üçün heç bir risk yoxdur... Biz pulu bölüşə bilərik və siz də həyatınızı dəyişə bilərsiniz" qeyd edib.
Vəkil hakimiyyətin bu qazancı qanunsuz əldə edilmiş gəlir kimi qiymətləndirə biləcəyini və müsadirə olunma ehtimalının olduğunu vurğulayıb. O, həmçinin xatırladıb ki, bilet etibarlılıq müddəti bitməmiş qaytarılmalıdır.