Atanın hədiyyəsi oğlunu milyonçu etdi
ABŞ sakini lotereya cekpotunu qazanaraq atasının hədiyyəsi sayəsində milyonçu olub.
Bu barədə "Massaçusets Lotereya" məlumat yayıb.
Rod-Aylend ştatının Barrinqton sakini Stiven Riçard atasının ona hədiyyə etdiyi lotereyadan dörd milyon dollar cekpot qazanıb.
Riçardın sözlərinə görə, o, belə böyük məbləğdə pul qazandığına inana bilməyib. O, həqiqətən qalib olduğuna əmin olmaq üçün lotereya proqramında tiraj nəticələrini yoxlayıb. Bundan sonra o, qalib gəlməsi barədə həyat yoldaşı və atasına xəbər verib.
Adam mükafatı kiçik illik ödənişlərlə tam şəkildə almağı gözləməyə deyil, onu daha az, lakin birdəfəlik ödəmə şəklində almağa qərar verib. Vergiləri ödədikdən sonra o, 2,6 milyon dollar pul götürüb. O, pulun bir hissəsini həyat yoldaşı ilə səyahətə xərcləməyi planlaşdırdığını bildirib.
Uduşlu biletin alındığı mağazaya 40 min dollar bonus veriləcəyi qeyd olunur.