WSJ: ABŞ-ın silah yardımı kəsilərsə, Ukrayna yaydan sonra sursat çatışmazlığı ilə üzləşə bilər

ABŞ Ukraynaya silah yardımını kəsərsə, Kiyevin yaydan sonra qabaqcıl döyüş sursatları çatışmazlığı ilə üzləşəcəyi gözlənilir.
"Wall Street Journal"ın (WSJ) məlumatına görə, ABŞ prezidenti Donald Tramp Kiyevə yardımı kəsərsə, Ukrayna ən müasir silahlarını itirməklə üzləşə bilər.
ABŞ yardımı olmasa, Ukrayna və müttəfiqlərinin ölkənin hərbi texnika açığını bağlamaqda çətinlik çəkəcəyi, Ukraynanın ABŞ-ın yardımı olmadan indiki gücünü yay aylarına qədər saxlaya biləcəyi, lakin sonradan sursatla bağlı problem yaşaya biləcəyi bildirilib.
Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi Celeste Vallander Ukraynanın ilin ortalarına qədər indiki müharibə tempini saxlaya biləcəyini, bəzi ukraynalı ekspertlərin isə silahların bir az daha uzun sürə biləcəyinə inandığını deyib.
Ukrayna prezidenti Volodimir Zelenskinin köməkçisi deyib ki, Vaşinqtonun hərbi yardımının kəsilməsi Ukraynanın öz hərbi istehsalını artırmalı və Avropadan daha çox dəstək istəməli olacağı ən pis ssenaridir.
Rəsmilər və ekspertlər deyirlər ki, ABŞ-dan göndərilən yüklər bitdikdən sonra Ukraynanın uzun mənzilli zərbə imkanları və arxa xətlərini qorumaq qabiliyyəti əhəmiyyətli dərəcədə zədələnəcək.
Ekspertlər Avropanın ABŞ-ın boşluğunu tam doldura biləcəyinə də şübhə edirlər.
Tramp bu günə qədər Ukraynaya 300 milyard dollardan çox pul xərclədiklərini və Avropanın sülhə aparan prosesdə daha böyük rol oynamalı olduğunu qeyd edib.
Seçki kampaniyası zamanı Ukraynada müharibəyə son qoyacağına söz verən Tramp vəzifəyə gəldikdən sonra uzun fasilədən sonra müharibə ilə bağlı diplomatik fəaliyyət başlayıb.