Tehranda enerjiyə qənaət məqsədilə məktəblər sabah bağlanacaq


İranın paytaxtı Tehranda enerjiyə qənaət məqsədilə məktəblər sabah bağlanacaq.



Tehran valiliyindən verilən açıqlamaya görə, soyuq hava və enerjiyə qənaət səbəbindən Tehranda universitetlər istisna olmaqla, bütün təhsil səviyyələri üçün tətil elan edilib.

Buna uyğun olaraq dövlət müəssisələrinin açıq olacağı və məktəblərdə dərslərin distant təhsil vasitəsilə aparılacağı bildirilib.

Digər tərəfdən, Yəzd əyalətində enerji qənaəti səbəbiylə çərşənbə günü universitetlər də daxil olmaqla, bütün təhsil səviyyələri və dövlət müəssisələrinin sabah bağlanacağı açıqlanıb.

Paytaxt Tehran da daxil olmaqla ölkənin bir çox əyalətində dünən və bu gün eyni səbəbdən bütün səviyyələrdə təhsil və dövlət müəssisələri, o cümlədən universitetlər bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu