İranda həddindən artıq istilərə görə tətil elan edilib


İranın paytaxtı Tehran və Əlborz əyalətlərində həddindən artıq istilər səbəbindən bütün dövlət qurumları bir gün müddətinə bağlanib və 13 əyalətdə saat 10:00-dan sonra tətilə qərar verilib.



İran Hökumətinin İnformasiya Şurası tətil qərarının ölkə daxilində davam edən həddindən artıq istilər səbəbindən əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün qəbul edildiyini vurğulayıb.

Qərara əsasən, Tehran və Əlborz əyalətində yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar bağlanacaq.

Ölkənin 13 əyalətində bütün dövlət qurumları və banklar 06.00-10.00 saatları arasında xidmət göstərəcək.

İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə yaxınlaşıb. Meteoroloji proqnozlara görə, Tehranda havanın temperaturu 41 dərəcəyə çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu