İranda həddindən artıq isti hava səbəbindən elektrik istehlakında tarixi rekord qırılıb


İranda son illərin ən isti günləri səbəbiylə dünən ölkə daxilində elektrik istehlakı rekord həddə 79 min 189 meqavata çatarkən, elektrik paylama şirkəti həddindən artıq istehlakı qarşılaya bilməyəcəyini açıqlayıb və iyulun 27-də paytaxt Tehranda dövlət və özəl sektorlarda elektrik enerjisi istehlakı üçün tətil tələb edə biləcəyini bildirib.



İran dövlət televiziyasına danışan elektrik enerjisi paylama şirkətinin baş direktoru Mustafa Rəcəbi Məşhədi bildirib ki, son günlər ölkə üzrə orta temperatur ötən ilin eyni dövrü ilə müqayisədə 2 dərəcə artaraq elektrik enerjisi istehlakında həddindən artıq yüklənməyə səbəb olub.

Temperaturun son 6 ilin ən yüksək həddinə çatdığını bildirən Məşhədi, "Elektrik istehlakı ötən gecə pik həddə çataraq 79 min 189 meqavata çatıb" deyib.

Bir neçə gün ərzində Tehranda temperaturun artacağına dair meteoroloji məlumatlara işarə edən Məşhədi, elektrik enerjisinin kəsilməməsi üçün xalqı istehlaka qənaət etməyə çağırıb.

Qeyd edək ki, İranın cənubundakı bəzi rayonlarda havanın temperaturu 50 dərəcəyə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu