Tramp xarici investorlara 5 milyon dollarlıq “qızıl kart” satacaq


ABŞ prezidenti Donald Tramp ölkədə iş yeri yaradacaq xarici investorlara yaşayış icazəsi və vətəndaşlığa yol açacaq “qızıl kart”ı 5 milyon dollara satacaqlarını bildirib.



Tramp bu sözləri Oval kabinetdə sərəncamlar imzaladıqdan sonra deyib.

“Qızıl kart” satacaqlarını ifadə edən Tramp “Bu karta təxminən 5 milyon dollar qiymət etiketi qoyacağıq və bu sizə “yaşıl kart” imtiyazlarını verəcək və eyni zamanda vətəndaşlığa yol açacaq” qeyd edib.

Zəngin insanların bu kartı alıb ABŞ-a gələcəyini bildirən Tramp bu insanların çoxlu pul xərcləyəcəklərini, çoxlu vergi ödəyəcəklərini və çoxlu işlə təmin edəcəklərini bildirib.

Bunun son dərəcə uğurlu olacağını düşündüklərinə diqqət çəkən Tramp, proqramı qarşıdakı iki həftə ərzində təqdim edəcəklərini söyləyib.

Bu kartların 1 milyon və ya daha çoxunu sata biləcəklərini ifadə edən Tramp, "Məsələn, 1 milyon kartın dəyəri 5 trilyon dollar olacaq. 10 milyon kart satsaq, ümumilikdə 50 trilyon dollar olacaq. 35 trilyon dollar borcumuz var, bu, yaxşı olardı, görəcəyik" deyib.

Bütün ölkələrdən insanların bu qızıl kart üçün uyğun olub-olmayacağı sualına Tramp bunun vəziyyətdən asılı olaraq dəyişəcəyini və bu kartın satılacağı insanların diqqətlə araşdırılacağını bildirib.

Rusiyalı oliqarxın qızıl kart almaq hüququ olub-olmayacağı ilə bağlı suala Tramp "Bəli, yəqin. Bəzi rus oliqarxlarını tanıyıram, onlar çox yaxşı insanlardır" deyə cavab verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu