Dörd israilli girovun cəsədi Qırmızı Xaça təhvil verilib


HƏMAS hərəkatı və müttəfiqləri dörd israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.


AFN.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, qalıqların təhvil verilməsi Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində baş tutub. BQXK avtomobilləri təhvildən sonra cəsədləri İsraillə sərhəddəki Kerem Şalom keçid məntəqəsinə aparıblar.

Daha sonda İsrail həbsxanalarından azad edilmiş fələstinli məhbusları daşıyan ilk avtobus İordan çayının qərb sahilinə gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu