İsrail 42 fələstinlini azad etdi


İsrail hakimiyyəti Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində yeddinci və sonuncu fələstinli məhbus qrupundan 42 nəfəri azad edib.


AFN.az xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, İordan çayının qərb sahilində yerləşən Fələstin ərazilərinin inzibati paytaxtı Ramallah şəhərinə 37 nəfər gəlib. Daha beş nəfər Yerusəlimə aparılıb.

Ərəb telekanalları Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtobusun Ramallaha gəldiyini və orada böyük izdihamla qarşılandığını əks etdirən kadrlar nümayiş etdirib.

Yeddinci qrupa 641 fələstinli, o cümlədən ömürlük həbs cəzasına məhkum edilmiş 151 fələstinli, həmçinin 2023-cü il oktyabrın 7-də Fələstin anklavından olan radikalların İsrail ərazisinə hücumu, sərhəddə yaşayış məntəqələrini ələ keçirməsi və qətliamlarla müşayiət olunandan sonra həbs edilən 445 Qəzza sakini, o cümlədən 45 qadın və uşaq daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu