"Əl-Cəzirə": Qəzzada ən azı 15 uşaq soyuqdan ölüb


Son vaxtlar Qəzza zolağında ən azı 15 uşaq hipotermiya və bununla bağlı ağırlaşmalardan ölüb.


AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, müvəqqəti sığınacaqların və yanacağın olmaması və bölgədə kəskin soyuqlar qışı yüzlərlə fələstinli ailə üçün ölümcül təhlükəyə çevirib. "Valideynlərin övladlarını isinmək üçün gördüyü bütün tədbirlərə baxmayaraq, anklavda ən azı 15 yeni doğulmuş və körpə hipotermiya səbəbindən dünyasını dəyişib" - deyə məlumatda qeyd edilir.

Telekanalın məlumatına görə, Qəzzada ilkin ehtiyaclar, ədyal və istilik təchizatına geniş və təcili ehtiyac var, eyni zamanda, bölgəyə humanitar yardım və yanacaq tədarükü hələ də İsrail hakimiyyəti tərəfindən məhdudlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu