KİV: İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını məhdudlaşdırır


BMT-nin Ümumdünya Ərzaq Proqramı İsrailin Fələstin anklavına ərzaq və humanitar yardımı məhdudlaşdırmağa davam etdiyi üçün Qəzza zolağında aclıq təhlükəsi barədə xəbərdarlıq edir.


AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, bir aya yaxındır İsrailin mühasirəsində qalan Qəzzanın şimalındakı sakinlərə faktiki olaraq heç bir yardım çatmır. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, oktyabrın 1-dən oktyabrın 27-dək cənubda Kerem Şalom keçidindən yalnız 971 yardım yük maşınının zolağa daxil olmasına icazə verilib. Əl-Cəzirə qeyd edir ki, bu, gündə təxminən 36 avtomobilə bərabərdir, müharibədən əvvəlki gündəlik 500 avtomobildən xeyli aşağıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu