Axtarışılan şəxs bulvarda intihar edibmiş

Bakıda itkin düşmüş kimi axtarışda olan şəxsin intihar etdiyi məlum olub.
Fevralın 21-dən itkin düşən və axtarışı aparılan paytaxt sakini Oleq Baranov həmin gün saat 09 radələrində özünü dənizə atıbmış.
Aparılan araşdırmalarla O.Baranovun Səbail rayonu Neftçilər prospekti yaxınlığında Dənizkənarı Milli Parkın ərazisində özünü suya atması müəyyən edilib.
Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırmalar davam etdirilir.