İsveç üç ehtiyat elektrik stansiyasını Ukraynaya verəcək

İsveç hökuməti ölkənin enerji təchizatını dəstəkləmək üçün üç ehtiyat elektrik stansiyasını Ukraynaya təhvil vermək qərarına gəlib.
AFN.az xəbər verir ki, bu barədə İsveç hökumətinə istinadən yerli media məlumat yayıb. Ölkənin Nazirlər Kabineti krallığın elektrik enerjisinin ötürülməsi sisteminin təhlükəsizliyi və səmərəliliyinin təmin edilməsinə cavabdeh olan “Svenska kraftnät” dövlət şirkətinə müvafiq sərəncam verib.
“Svenska kraftnät" yeni ehtiyat generatorlar alıb və hazırda hədiyyə edilən dizel generatorları artıq istifadə olunmur”, - deyə açıqlamada bildirilir.
Ehtiyat dizel generatorları, məsələn, kiçik xəstəxanaları elektrik şəbəkəsi təmin edə bilmədikdə belə, enerji ilə təmin etmək üçün istifadə edilə bilər. "Svenska kraftnät" fasilələri aradan qaldırmaq üçün İsveç elektrik şəbəkəsinin ehtiyat enerji bloklarını işə salıb. Ukrayna onlardan ən çox ehtiyac duyulan yerlərdə istifadə etməli olacaq", - deyə məlumatda qeyd edilir.