Putinə qarşı nifrəti göz qabağındadır - Tramp şərt qoydu

Məlum olduğu kimi, bir neçə dəqiqə öncə Ağ Evin Oval kabinetində görüşən ABŞ və Ukrayna liderləri arasında gərgin anlar yaşanıb.
AFN.az xəbər verir ki, “The Washington Post” müzakirələr əsanasında Ukrayna Prazidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putin haqqında iddialarla çıxış etdiyini yayıb. O, Putini razılaşmalarla bağlı verdiyi vədlərə dönük çıxması ilə günahlandırıb.
Bu məqamda Donald Tramp Zelenskinin qarşısına şərt qoyub: “Onun Putinə qarşı nifrəti göz qabağındadır. Zelenskinin nifrəti dəhşətlidir. Bu halda nəticə əldə etmək çox çətindir. Ya sövdələşməyə gedəcəksən, ya da biz Ukraynadan çıxacağıq. Əgər biz çıxsaq, onunla (red.-Putinlə) mübarizə aparacaqsınız və bu sonun gözəl olacağını düşünmürəm”.
Tramp faktiki olaraq Rusiyanın mövqeyindən çıxış edib.