İsveç ABŞ-ın dəstəyi ilə Ukraynaya qoşun göndərməyə hazırdır


İsveç müəyyən şərtlər daxilində Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.


Bunu İsveçin baş naziri Ulf Kristersson on doqquz Avropa ölkəsi və Kanada liderlərinin Londonda keçirilən görüşündən sonra İsveç qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

"Bu, Amerikanın dəstəyi və Amerikanın təhlükəsizlik zəmanəti ilə edilməlidir. Bu, etibarlı strukturların mövcudluğuna əsaslanmalıdır", - İsveç hökumətinin başçısı bildirib.

O qeyd edib ki, görüşün keçirildiyi ab-hava qətiyyətlə yadda qalıb. "Hər kəs Ukraynaya güclü dəstəyini təsdiqləyir və bunun üçün daha çox şey etməyə hazırdır", - Kristersson əlavə dib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu