Zelenski sülh üçün ərazi güzəştləri ideyasını rədd edir

Ukrayna ərazilərinin itirilməsi müqabilində atəşkəs sazişi imzalamağa razı deyil.
AFN.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl britaniyalı jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, belə bir razılaşma gələcəkdə gərginliyə gətirib çıxara bilər.
O bildirib ki, Ukraynanı dəstəkləyən və ya vasitəçi olmaq istəyən ölkələrin başa düşür ki, əgər münaqişə Kiyevin düşündüyü kimi başa çatmasa, onda insanların ədaləti bərpa etmək istəməsi an məsələsi olacaq. "Bizə aid olmayan heç bir şey istəmirik" - deyə o, öz fikirlərini Ukrayna dilində sonlandırıb.