Zelenski: Münaqişəyə son qoymağın bir yolu var...


Münaqişəni dayandırmaq üçün Rusiya sülhə məcbur edilməlidir.


AFN.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT) iclasında deyib.

Zelenski öz mövqeyini Rusiyanın bir çox beynəlxalq norma və qaydaları pozması ilə əsaslandırıb. Onun sözlərinə görə, yalnız bu, Moskvanı dayanmağa məcbur edə bilər.

Zelenski əlavə edib ki, müharibə yorğunluğu və ya Kiyevin ərazi güzəştləri münaqişənin sona çatmasına səbəb olmayacaq.

Kremlin sözçüsü Dmitri Peskov Vladimir Zelenskinin Rusiyanı sülhə məcbur etmək barədə bəyanatını ölümcül səhv adlandırıb. Onun sözlərinə görə, Ukrayna prezidenti belə bir tezis irəli sürməklə yanlışa yol verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu