Cəmil Məmmədlinin məhkəməsi başlayır


Martın 4-də Ali Məhkəmədə jurnalist Cəmil Məmmədlinin kassasiya şikayətinə baxılacaq.


Qaynarinfo xəbər verir ki, şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə təqsirləndirilir. Ali Məhkəməyə kassasiya şikayətini jurnalist təqdim edib. Cəmil Məmmədli şikayətində 178.2.4-cü maddə üzrə bəraət hökmünün çıxarılmasını, 221.2.2-ci maddəyə gəlincə isə əməlin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəyə tövsif edilməsini istəyir.

Cəmil Məmmədli 2023-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.

182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət alan jurnalist digər maddələrlər təqsirli bilinirək, 6 il 12 gün müddətində azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Cəmil Məmmədli ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, peşə faəliyyətinə görə həbs edildiyini bildirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu